NATO Rusiya ilə müharibəyə hazırlaşır 

saytların hazırlanması

Evə çatdırılma

NATO Rusiya ilə müharibəyə hazırlaşır 

Dünya

19 Yanvar 2024 16:23 519


NATO yaxın 20 ildə Rusiya ilə mümkün müharibəyə hazır olmalıdır. 

Yenisabah.az-ın məlumatına görə, bunu NATO Hərbi Komitəsinin sədri Rob Bauer bildirib. 

“Başa düşməliyik ki, bizim sülh içində olmağımız özlüyündə təminat deyil. Və buna görə də NATO qüvvələri olaraq Rusiya ilə münaqişəyə hazırlaşırıq”, - Bauer deyib.  Dominos pizza

Onun sözlərinə görə, alyans mümkün təhlükələrə daha çox hazır olmalıdır. 

“Həmçinin, elə bir sistem hazırlamaq lazımdır ki, söhbət müharibədən getsə, daha çox insanı xidmətə çağırmaq imkanı olsun”, - o vurğulayıb. 

Bauerin sözlərinə görə, münaqişəyə hazırlaşmaq üçün kifayət qədər tez silah və sursat istehsal etməyə imkan verəcək müvafiq baza yaratmaq lazım gələcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!