NATO sammitində Koreya liderinin iştirakı gözlənilir

saytların hazırlanması

Evə çatdırılma

NATO sammitində Koreya liderinin iştirakı gözlənilir

Dünya

02 May 2022 17:51 665


Koreya Respublikasının seçilmiş prezidenti Yun Sok Yol iyunun sonunda Madriddə keçiriləcək NATO sammitində iştirak edə bilər.

Yenisabah.az "Yonhap" istinadla xəbər verir ki, bunu parlamentdə keçirilən dinləmələr zamanı növbəti hökumətdə xarici işlər naziri vəzifəsinə namizəd Pak Çin deyib:

"Mən bilirəm ki, NATO-dan dəvət almışıq, iştirak edib-etməməyi düşünürük. Çin və Şimali Koreya ilə münasibətlərdə sabit atmosferi təmin etmək üçün Avropa ölkələri ilə də məsləhətləşmələr lazımdır". pizza

Seçilmiş prezidentin andiçmə mərasimi mayın 10-na təyin edilib.

Xatırladaq ki, Alyansın sammitində Yaponiya, Yeni Zelandiya və Avstraliya liderləri də iştirak edə bilər.

Aprelin əvvəlində bu ölkələrin nümayəndələri Cənubi Koreya Xarici İşlər Nazirliyinin rəhbəri ilə birlikdə NATO ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!