Naxçıvan ağappaq olub – Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvan ağappaq olub – Fotolar

Rəsmi

20 Aprel 2019 23:18 1095


Bu gecə ölkənin digər bölgələri kimi Naxçıvana da qar yağıb.

“Yeni Sabah” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, bu axşam Naxçıvan Muxtar Respublikasının ərazisinə güclü yağış yağıb. Aprelin 19-dan 20-nə keçən gecə yağan yağış dağlıq ərazilərdə qara çevrilib. Yağan qarın qalınlığı Şahbuz rayonun Kükü kəndində 7, Biçənəkdə 2, Culfa rayonun Ərəfsə kəndində 5, Ordubad rayonun Ağdərə ərazisində isə 15 sm olub. Zəngəzur –Dərələyəz dağ silsiləsini əhatə edən və  dəniz səviyyəsindən 3000 metr hündürlükdə yerləşən ərazilərdə qar örtüyünün qalınlığı 20 sm-dir. 

Hidrometeoroloqlar yağan qarın  günün sonunda kəsiləcəyini, lakin aprel ayının 24-də yüksək dağlıq ərazilərdə yenidən  yağacağını proqnozlaşdırırlar. pizza

Qarın yağmasına baxmayaraq dağlıq ərazilərdə şaxta qeydə alınmayıb. Bu isə çiçək altında olan meyvə ağacları üçün təhlükə yaratmır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!