Naxçıvan Ali Məclisinə yeni sədr seçilib? – Müəmma

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvan Ali Məclisinə yeni sədr seçilib? – Müəmma

Siyasət

28 Fevral 2023 17:25 8344


Bu gün Naxçıvan Muxtar Respublikasının media orqanlarında muxtar respublikada kadr dəyişiklikləri ilə bağlı xəbər yayımlanıb.

TNS xəbər verir ki, “Şərq qapısı” qəzetinin internet saytında yerləşdirilən xəbərdə deyilir: “Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamları ilə fevralın 27-də Ruslan Kəngərli Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini, Yəhya Allahverdiyev Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifələrindən azad ediliblər, cəmiyyət sədrinin vəzifələrinin müvəqqəti icrası cəmiyyətin sədr müavini Faiq Şıxəliyevə verilib”.

Xəbərdən göründüyü kimi, bu kadr dəyişiklikləri ilə bağlı sərəmcamları Ali Məclisin sədri imzalayıb. Ancaq sərəncamları imzalayan vəzifəli şəxsin adı qeyd olunmayıb. Pepperoni pizza

Vasif Talıbov istefa verdikdən sonra Naxçıvan Muxtar Respublikası konstitusiyasının 30-cu maddəsinə uyğun olaraq,  Ali Məclis sədrinin səlahiyyətlərini birinci müavin Azər Zeynalov icra edir. Konstitusiyanın həmin maddəsində yazılıb: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə müəyyən edilmiş müddətdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir”.

Vasif Talıbovun istefasından sonra muxtar respublikada aparılan kadr dəyişiklikləri ilə bağlı sərəncamları Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov imzalayırdı. Həmin rəsmi xəbərlər yerli mediada belə təqdim edilirdi. Ancaq bugünkü sərəncamların Ali Məclisin sədri tərəfindən imzaladığı bildirilib. Bu zaman suallar yaranır. Ali Məclisə yeni sədr seçilib? Yeni sədr seçilibsə, niyə ictimaiyyətə bu barədə məlumat verilməyib? Əgər Ali Məclisin sədri vəzifələrini hələ də birinci müavin Azər Zeynalov icra edirsə, o zaman yerli media birinci müavini nəyə görə Ali Məclisin sədri kimi təqdim edir? Başqa bir sual isə ondan ibarətdir ki, bu rəsmi sərəncamlar yerli mediaya necə göndərilib? Hər halda yerli media birinci müavinin sərəncamlarını Ali Məclis sədrinin sərəncamları kimi təqdim etməz. Əgər bu rəsmi sənədlər mediaya belə göndərilibsə, o zaman Ali Məclisin aparatı muxtar respublikanın konstitusiyasını pozub, ciddi qüsura yol verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!