Böyük Britaniyanın məşhur “The Telegraph” qəzeti öz internet səhifəsində dünyanın 25 əsrarəngiz guşəsinin siyahısını verib.
“Yeni Sabah” xəbər verir ki, bu məkanların sırasında Naxçıvan Muxtar Respublikası da var. Muxtar respublika haqqında “Tanımadığımız Naxçıvan” başlıqlı qısa məlumatda oxuculara “Siz Naxçıvan Muxtar Respublikası haqqında nəsə eşitmisinizmi?”- deyə müraciət edilir. Sonra isə bu yerin Türkiyə, İran və Ermənistanla sərhəddə yerləşən və Azərbaycana məxsus olan ərazi olduğu, Nuh peyğəmbərin vətəni sayıldığı diqqətə çatdırılır. Müqəddəs Quranda adı çəkilən əfsanəvi Əshabi-Kəhf mağarası, 12-ci əsrə aid abidələr, o cümlədən keçmiş SSRİ-nin xüsusi xidmət orqanlarında zabit kimi uğurla xidmət edərək Azərbaycan Respublikasının Prezidenti kimi yüksək məqama çatan Heydər Əliyev muzeyi Naxçıvanın gəzməli və görməli yerləri olaraq göstərilir.
“The Telegraph” həmçinin səyahət həvəskarı olanlara bu istiqamətdə 2019-cu ilin aprel ayından 6 günlük səfər turları da təklif edir. pizza hut
Telegram kanalımız