4 aya yaxındır, “Naxçıvan duzu” satılmır.
Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, sonuncu dəfə satışa buraxılan duzun istehsal tarixi 2024-cü ilin may ayıdır.
Hazırda “Naxçıvan duzu”nu yalnız paytxatın bəzi xırda marketlərində tapmaq mümkündür. pizza hut
“Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətindən bildirilib ki, may ayından bəri tender məsələlərinə görə zavodda istehsal dayanıb:
“Əlimizdə ola malları may ayına qədər satışa veririk. Sadəcə, tender məsələlərinə görə istehsal bir müddətlik dayanmışdı. Artıq istehsala başlamışıq. Yaxın zamanda hər şey tam qaydasına düşəcək. Bu ay ərzində “Naxçıvan duzu” satışa çıxarılacaq”
Telegram kanalımız