Naxçıvan gömrüyündə yeni əməliyyat: rəis həbs edildi -   Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvan gömrüyündə yeni əməliyyat: rəis həbs edildi - Yenilənib

Siyasət

02 Dekabr 2022 16:54 14944


Dövlət Təhlükəsizliyi Xidmətinin Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş İdarəsində keçirdiyi əməliyyat davam edir.

Axar.az xəbər verir ki, bu barədə əslən Naxçıvandan olan ekspert Heydər Oğuz məlumat yayıb.

Onun sözlərinə görə, İranla sərhəddəki gömrük idarələrindən birinin rəisi və əməkdaşları saxlanılıb və istintaqa cəlb ediliblər. Dominos pizza

Qeyd edək ki, DTX-nin Naxçıvan Gömrük Komitəsində apardığı əməliyyat zamanı ilk olaraq 132 milyon manatlıq korrupsiya faktı ortaya çıxmışdı. Bundan sonra Prezidentin sərəncamı ilə Naxçıvan Gömrük Komitəsi ləğv edildi və onun bazasında DGK-nın Naxçıvan Baş İdarəsi yaradıldı.

***

Oxu.az-ın yazdığına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İranla sərhəddəki gömrük idarələrindən birində əməliyyat keçirməsinə dair yayılan məlumatlar həqiqəti əks etdirmir.

Sayt yazır ki, DTX-nin bu gün İranla sərhəddə yerləşən gömrük idarələrinin birində əməliyyat keçirməsinə və idarənin rəisi, həmçinin digər əməkdaşlarının saxlanıb istintaqa cəlb edilməsi ilə bağlı məlumatlar doğru deyil.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!