“İran şirkətləri Ermənistana sərmayə qoymağa həvəslidirlər”.
Yenisabah.az “ISNA”ya istinadla xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Məhəmməd İslami bildirib.
İrəvana səfərdən qayıtmış nazirin sözlərinə görə, iki ölkə arasındakı əməkdaşlıq şərtlərini və imkanlarını artıra biləcək mövzular ətrafında müzakirələr aparılıb. pizza mizza
“Əsas məsələ ticarət dövriyyəsini 1 milyard dollara yüksəltmək idi. Səfər çərçivəsində bir sıra sahələrə aid 3 sənəd imzalanıb”.
Məhəmməd İslami bildirib ki, tezliklə Ermənistan nümayəndə heyəti İrana gələrək nüfuzlu İran şirkətləri ilə danışıqlar aparacaq.
İki ölkə arasındakı tranzit-nəqliyyat rüsumlarının azaldılmasına dair memorandum imzalanması gözlənilir.
“Son hadisələrdən, xüsusən, Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış Üçtərəfli Bəyanatdan sonra Təbriz-Culfa-Naxçıvan, daha sonra Naxçıvan-İrəvan-Tbilisi dəmir yolu xətlərinin işə salınması ilə bağlı danışıqlar aparılır”, – deyə Məhəmməd İslami vurğulayıb.
Telegram kanalımız