Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü qeyd olunub.
“Yeni Sabah” xəbər verir ki, keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edib, iştirakçılara təbrik ünvanlayıb.
O, Azərbaycanın dövlətçilik tarixində Naxçıvan Muxtar Respublikası mühüm rola malik olduğunu bildirib, ərazinin tarixi haqda danışıb. Marqarita pizza
“Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi sahədə də böyük inkişafa nail olub. Əhalinin həyat şəraiti və güzəranı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu inkişaf əhali artımına və məskunlaşmaya da öz təsirini göstərib, muxtariyyətin əvvəlindən bu günə muxtar respublika əhalisi 5 dəfə artaraq 456 min nəfərə çatıb”
Sonra Naxçıvan Dövlət Televiziyasının hazırladığı "Muxtariyyətin 95 ili" filminə baxış olub. Tədbirdə Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası təltiflərinin və mükafatının təqdimatı olub.
Ali Məclisin Sədri orden, medal və fəxri adların döş nişanlarını və vəsiqələrini təltif olunanlara təqdim edib.
Tədbir çay süfrəsi arxasında davam etdirilib.
Telegram kanalımız