Naxçıvan “Xanı” Kələkidən nə mesaj verir?

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvan “Xanı” Kələkidən nə mesaj verir?

Siyasət

29 Noyabr 2022 18:03 86668


Son günlər ölkə ictimaiyyətinin gözü və qulağı Naxçıvanda baş verən hadisələrə köklənib. Naxçıvan Muxtar Respublikası yaranandan bu günə, bu qədər diqqət mərkəzində olduğu hal çox az olub. Bir –birinin ardınca ləğv edilən nazirliklər, aparılan yoxlamalar və həbslər ölkədə baş verən digər hadisələri geridə qoyur. Xəsisliklə də olsa verilən rəsmi xəbərlərdən əlavə, qeyri-rəsmi xəbərlər və informasiyalar da gündəmdədir. Bütünlüklə gələn xəbərləri analiz etdikdə, “xəmirin hələ çox su aparacağı”, daha böyük dəyişikliklərin və həbslərin qaçılmaz olduğu görünməkdədir. 

"Yeni Sabah" bildirir ki, hadisələrin ən qızğın vaxtında Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun Ordubad rayonunun Kələki kəndində səfərdə olmağı, adıçəkilən kənddə hansısa obyektlərin açılışı  ölkə ictimaiyyətində  və sosial mediyada heç də birmənalı qarşılanmır. Sosial media istifadəçiləri, jurnalistlər Naxçıvan “xan”ının Kələkidən çəkilmiş şəkillərini paylaşaraq, bu səfərin hansısa mesaj verilməsi üçün edildiyini yazırlar. Belə düşünməyə ən böyük səbəb kimi, Kələki kəndinin mərhum eks-prezident Əbülfəz Elçibəyin doğulduğu kənd olması və Elçibəyin prezident kimi Bakını tərk edərkən məhz öz doğma kəndinə sığınması göstərilir. 

Digər tərəfdən isə bu səfərin kənddə tikilən obyektlərin və təmir olunan məktəbin açılışı üçün, yəni sıradan normal bir səfər olduğu deyilir. Naxçıvanın yerli mediasına baxsaq, doğrudan da bu belə görünür. Açılışlardan verilən şəkillər, kənd ağsaqqallarının bəzəkli “təşəkkür çıxışları”  Naxçıvandakı “açılış protokolları”  ilə tam uyğun gəlir. Digər tərəfdən isə... Dominos pizza

Naxçıvanda yaşayan və  məlumatlı olduğu bildirilən mənbəmiz fərqli nüanslardan xəbər verir. Onu da qeyd edək ki, bütün baş verən hadisələrə baxmayaraq, naxçıvanlıların üzərindəki illərdən bəri yaradılan xof hələ də davam etməkdədir. Ona görə də bu bölgədə yaşayan adamlardan məlumat almaq çox çətindir. Bizlə danışan şəxs də adının çəkilməyəcəyinə tam təminat aldıqdan sonra danışmağa başlayır. 

Mənbənin dediyinə görə, “Kələki açılışı” heç də sıradan açılış deyil. “Naxçıvan mediasına nəzər salsanız və buraları tanıyan adam olsanız görərsiniz ki, cəmi bir neçə gün əvvəl Kələki ilə qonşu Unus kəndində açılış olub. Ali Məclis sədri adətən yaxın kəndlərdə, eyni rayonda olan açılışları eyni vaxtda edir. Bu dəfə isə qanunauyğunluq pozulub, cəmi iki-üç kilometr aralıda yerləşən kəndlərdəki obyektlər açılsa da, Kələkidəki açılış saxlanılıb. Buna səbəb kimi, obyektlərin tam hazır olmadığı göstərilə bilər, lakin dəfələrlə olub ki, obyektlərin sadəcə eşikdən görüntüsü və bir-iki otağı hazır olduğu halda açılış edilib. Odur ki, bunu da keçərli səbəb saymaq olmaz”- deyə mənbəmiz bildirir. 

“O zaman, nəsə olacağı bəlli idimi ki, Kələki açılışı məhz hadisələrin başladığı vaxta saxlanılsın?” deyə sual edirik. Mənbəmiz bunu təsdiqləyir. “Nəyinki indi, hətta bir il, il yarım əvvəldən də Naxçıvanla bağlı nələrsə olacağı, konkret Talıbovlar hakimiyyətinin laxlayacağı məlum idi. Naxçıvanda hamı danışırdı ki, Talıbovlar özlərinə məxsus obyektləri, buradakı bütün obyektlər və şirkətlər bu siyahıya aiddir, sataraq əldən çıxarırlar. Onlar özləri hamıdan əvvəl belə hadisələr olacağını bilirdilər”

Əgər belədirsə, o zaman növbəti sual ortaya çıxır. Vasif Talıbov Kələki açılışını məhz bu vaxta salmaqla hansı mesajı verməyə çalışır? Hər halda onun öz doğma kəndinə çəkilmək kimi fikri və lüksü yoxdur. Bəs “Xan” “Kələki şəkilləri” ilə nə demək istəyib? 

Mənbəmiz bu sualın da cavabını bilir: “Məqsəd bu həssas zamanda Kələkidə görsənməklə, Elçibəyin 4 illik Kələkidəki qaldığı dövrdə Ali Məclis sədrinin Heydər Əliyev qarşısındakı xidmətlərini xatırlatmaqdır. O zaman ən barışmaz müxalifət məhz Ordubad rayonunda, Kələki kəndi və ətraf kəndlərdə məskunlaşmışdı. Hətta Naxçıvan özünümüdafiə dəstələrinin,  könüllü dəstələrin də silahlı üzvləri Ordubadın dağ kəndlərində idilər. Bu silahlı dəstələrin tərksilah olunması, Muxtar Respublikada vəziyyətin sabit saxlanması, Türkiyədən və Bakıdan Kələkiyə axışan qonaqlara və cəbhəçilərə nəzarət edilməsi elə də asan məsələ deyildi. Və bu dönəm üçün Vasif Talıbov çox ağır şəraitdə çalışaraq mərkəzi hakimiyyətə xidmət göstərirdi. Məqsəd bunları xatırlatmaq, dövlət başçısını və ətrafını keçən günlərə qaytararaq özünü və övladlarını Naxçıvan hadisələrindən sığortalamaqdır”

Bütün bunları eşitdikcə anlayırsan ki, sosial mediadadakı “Kələki mesajı” müzakirələri boş yerə aparılmırmış. Doğrudan da, ortada maraqlı məsələlər var. Bir də onu düşünürsən ki, zaman çox amansızdır. Bir zamanlar adını çəkməyə imrəndiyin,daşına torpağına nifrət etdiyin bir kənd, zamanı gəldikdə sənin xilasın, övladlarının azadlığı üçün ümid yerinə çevrilə bilərmiş.   


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!