Naxçıvanda çökən məktəbdə 3 nəfər ölüb   - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda çökən məktəbdə 3 nəfər ölüb - Rəsmi

Xalqın səsi

31 Mart 2022 14:42 914


Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəbdə aparılan inşaat işləri zamanı təhsil ocağına məxsus binanın çökməsi nəticəsində 3 nəfər həlak olub.

Bu barədə Yenisabah.az-a Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Reanimasiya şöbəsindən məlumat verilib. Bildirilib ki, dağıntılar altından 3 nəfərin meyiti çıxarılaraq, xəstəxananın morquna yerləşdirilib.

Xəsarət alanlardan bir nəfər reanimasiya şöbəsində yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir.  Marqarita pizza

Ölən şəxslərin məktəbin tikintisində iştirak edən 24-30 yaşlı fəhlələr olduğu bildirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!