Naxçıvanda işdən qovulanlar müraciət yaydı: Hər ay 20 min manat tələb olunur... -  YENİLƏNİB

Naxçıvanda işdən qovulanlar müraciət yaydı: Hər ay 20 min manat tələb olunur... - YENİLƏNİB

Xalqın səsi Veb saytların hazırlanması

16 Dekabr 2022 11:33 31630


Naxçıvan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) bir qrup keçmiş və hazırkı əməkdaşı ictimaiyyətə və DTX-ya müraciət edib. 

“Yeni Sabah” xəbər verir ki, müraciət, bu qurumda baş verən rüşvət, məmur özbaşınalığı və digər qanunsuzluqlarla bağlıdır. 

Şikayətçilər, hazırda Naxçıvanda yoxlama aparan DTX əməkdaşlarından, bu qurumu da araşdırmalarını xahiş edirlər. 

Müraciətdə bildirilir: 

“Naxçıvan MR DSMF illərdir ki, rayon və şəhər şöbələrinə aylıq haqq qoyur. Naxçıvan şəhər şöbəsi hər ay 20 min, Babək rayonu 15 min, digər rayonlar isə 10 min manat yuxarılara verməlidir. Bu haqqı çatdırmayan şöbə rəhbərləri və əməkdaşları cəzalanır. Təbii ki, bu pullar biz işçilərdən, təqaüd, yaxud sosial yardım alan vətəndaşlardan yığılır. Yığılan pullar isə birbaşa mərkəzi DSMF-dəki müavinlər Sahir Rüstəmova və Aslan Eyvazova verilir. Onlar isə alınan pulları yuxarı çatdırırlar. 

Aylığın vaxtı çatanda biz işçilər pul tapmağa məcbur edilirik. Bizi məcbur edirlər ki, təqüdçülərin pulunu borc adı ilə saxlayıb, yuxarı çatdıraq. Bu səbəbdən, işçilərimizin çoxu təqüdçülərə borclu qalıblar. Təqaüdçülər isə öz təqaüdlərini bizdən tələb edirlər”. 

Müraciətdə bildirilir ki, müavin Sahil Rüstəmov, köhnə əməkdaşları işdən çıxarıb, onların yerini 10 min manata başqalarına satır:

"Çoxlu sayda köhnə əməkdaşı ya özləri işdən çıxardı, ya da buna məcbur edildilər. Onların yerinə isə 10 min manat alaraq yeni işçilər götürdülər. Kadr işlərinə isə audit şöbəsinin müdiri Mənsur baxır. İşə götürülənlər onunla danışır, pulu ona verir, o isə yeni işçilərin əmrinin verilməsin təmin edir. İşə götürmək adı ilə pul aldıqları adamlardan bəzilərinin pulu da batıb. İndi onları nə işə götürürlər, nə də pullarını qaytarırlar. Köhnə əməkdaşların əsassız yerə sıxışdırılaraq, işdən çıxarılması indi də davam edir". 

İşdən çıxarılan DSMF əməkdaşları DTX-dan xahiş edirlər ki, onlara işlərinə bərpa olunmaqda da yardım etsinlər:

"Ümidimiz sizədir. Naxçıvan camaatı sizi hazırda öz xilaskarı kimi görür. Bizi, uzun illərdir bu sahədə işləyən təcrübəli əməkdaşları əsassız yerə işdən çıxarıb, işsiz, çörəksiz qoyublar. Başqa təcrübəsiz adamlardan 10 min manat alıb, bizim yerimizə qoymaq üçün. Bizi maşsız qoydular. İndi necə dolanacağımızı bilmirik. Xahiş edirik, bizim işə qaytarılmağımıza yardımçı olun". 

***

Müraciətlə bağlı Naxçıvan DSMF-dan “Yeni Sabah”la əlaqə saxlanılıb. Səlahiyyətli şəxs bildirib ki, siyahıda göstərilən şəxslər iddia olunduğu kimi işdən çıxarılmayıb: “Onların bir qismi öz ərizələrinə əsasən işdən azad olunublar, digər qismi isə işdə yol verdiyi nöqsanlara görə vəzifədən azad ediliblər”.

DSMF siyahını təqdim edərək onların adbaad olaraq hansı səbəbdən işdən çıxarılmalarının səbəblərini göstərib. 

 

S/s

Adı, soyadı, ata adı

Qeyd

1.

Qurbanov Abbas Qadir

Orta ixtisas təhsilli

2.

İsmayılova İradə Eldar

Orta ixtisas təhsilli

3.

Bayramova Rübabə İsrafil

Orta  ixtisas təhsilli

4.

Əliyeva Nigar Bayram

Orta ixtisas təhsilli

5.

Abdullayev Valeh Qəzənfər

Orta ixtisas təhsilli

6.

Yusifova Sara Mikayıl

Orta ixtisas təhsilli

7.

Sadiqov Əkrəm Zahid

Orta ixtisas təhsilli

8.

Qənbərova Tutu Yunis

Orta ixtisas təhsilli

9.

Allahverdiyeva Mahirə Məmməd

Orta ixtisas təhsilli

10.

Adıgözəlova Fatimə Baba

Orta ixtisas təhsilli

11.

Quliyeva Gülnar Yusif

Orta ixtisas təhsilli

12.

Həsənov Məzəddin Məmməd

Orta ixtisas təhsilli

13.

Cəfərova İradə Eqam

Orta təhsilli

14.

Hüseynova Nərminə Cəlal

Orta təhsilli

15.

Əliyeva İmmi Feyzi

Orta təhsilli

16.

Novruzov Afət Əsgər

Orta təhsilli

17.

Məmmədov Arzu Məmməd

Orta ixtisas təhsilli

18.

Hüseynov Vəli Mehman

Orta ixtisas təhsilli

19.

Mirzəyeva Xuraman Qurban

Orta ixtisas təhsilli

20.

İbrahimova Vüsalə Oktay

Orta ixtisas təhsilli

21.

Qurbanov Cəsarət Ələkbər

Orta ixtisas təhsilli

22.

İsmayılova Nəcibə Pəpiş

Orta ixtisas təhsilli

23.

İsmayılov Hikmət Nəsir

Nöqsana görə

24.

Qəribov Elməddin Eldar

Nöqsana görə

25.

Əsgərov Fizuli Vasib

Nöqsana görə

26.

Yusifov Bayram Rza

Öz ərizəsinə əsasən

27.

Həsənov İsmayıl Abdulla

Öz ərizəsinə əsasən

28.

Bayramov Emil Aydın

Öz ərizəsinə əsasən

29.

Məmmədli İlqar Məmməd

Öz ərizəsinə əsasən

30.

Tağıyeva Kübra Türbə

Öz ərizəsinə əsasən

31.

Məmmədov Əlbağış İlham

Öz ərizəsinə əsasən

32.

Səfərli Vüsal Ağabbas

Öz ərizəsinə əsasən

33.

Hüseynov Toğrul Firəddin

Öz ərizəsinə əsasən

34.

Seyidov Cabir Fəttah

Öz ərizəsinə əsasən

35.

Vəliyev İlqar Şamil

Öz ərizəsinə əsasən

36.

Rzayev Nəsimi Novruz

Öz ərizəsinə əsasən

37.

Qurbanov  Zamin Aftandil

Öz ərizəsinə əsasən

38.

Novruzov Qulam Xudaverdi

Pensiya yaşına çatdığı üçün

39.

Məmmədov Yaşar Telman

Pensiya təyin olunması üçün-2016-cı il tarixdə

40.

Qəmbərov  Mürsəl Həsən

2016-cı il tarixdə azad olunub

41.

Bəhlulova Ramidə Sabir

Başqa işə keçmə ilə əlaqədar

42.

Həsənquliyev Ramil Yusif

Öz ərizəsinə əsasən-əvvəl azad olunub

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!