Naxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin adları məlum oldu   - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin adları məlum oldu - RƏSMİ

Xalqın səsi

31 Mart 2022 19:48 1160


Naxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin adları məlum olub.

Bu barədə Yenisabah.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Martın 31-i saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsinin uçması nəticəsində Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsində fəhlə işləyən üç nəfər şəxs hadisə yerində ölmüş, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdir. Sezar pizza

Axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar içərisində daha bir nəfərin cəsədi aşkar edilərək çıxarılmışdır. Həlak olan şəxslər: - 2000-ci il təvəllüdlü Qadir Süleymanov, - 1972-ci il təvəllüdlü Həsən Əliyev, - 1961-ci il təvəllüdlü İbrahim Məhərrəmov, - 1988-ci il təvəllüdlü Asəf Rüstəmov. Xəsarət alan şəxs: - 1996-cı il təvəllüdlü Alı Əliyev. Hazırda Babək rayon prokurorluğunda araşdırma davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcəkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!