Naxçıvanda nazir istefa ərizəsi yazıb

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda nazir istefa ərizəsi yazıb

Siyasət

31 Oktyabr 2022 09:43 16704


Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov istefa ərizəsi yazıb.

“Yeni Sabah” xəbər verir ki, bu haqda məlumatı ovqat.com saytı yayıb.

Xəbərə görə, nazir ərizəsində işdən çıxmaq səbəbini səhhətində yaranan problemlərlə əlaqələndirib. pizza mizza

Amma sayt nazirin bu addımının əsas səbəbinin Naxçıvan MR-nın Səhiyyə Nazirliyində başlayan yoxlamalarla əlaqələndirib. Xəbərdə nazirin ərizəsinin qəbul olunmadığı qeyd edilir:

“Müfəttişlər Niyazi həkimə «xəstələnməyə» hələ tələsməməsini və yoxlamaların nəticəsini gözləməsini məsləhət görüblər. Əgər o, bu təftişdən "salamat" çıxa bilsə, istefa ərizəsini yazıb-yazmamağa özü qərar verə bilər”.

Sayt nazirlikdə qanunsuzluqlar aşkarlandığını, ən çox şübhə doğuran məqamın isə sağlamlıq sığortası ilə bağlı olduğunu iddia edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!