Naxçıvanda nə baş verir? – “Hərbi hospitalın xanım işçiləri...”

Naxçıvanda nə baş verir? – “Hərbi hospitalın xanım işçiləri...”

Xalqın səsi Veb saytların hazırlanması

12 Mart 2023 11:26 50260


Naxçıvan Muxtar Respublikasında (MR) hərbi hospitalda çalışan bir qrup qadın işçi tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Adlarının anonim qalmasını xahiş edən şikayətçilər hospitalın baş həkimi Niyaməddin Seyidovdan narazıdırlar:

“Yazaraq sizdən xahiş edirik ki, bizim problemi  işıqlandırasınız.

Niyaməddin Seyidov Naxçıvan hərbi hospitalının işçilərinə açıq-aşkar zülm verir. Bu insan bir çox qadın işçilərə qənim kəsilib. Xəstəxananın yarı faizi öz qohum-əqrabasıdır. Hər biri Xok kəndinin sakinləridir. Özü gətirdiyi işçilərin birinin də xətrinə dəymir. Cavan qızlara əsəbləşən kimi onları hərbi hissələrə yönləndirir.

Belə biabırçılıq, belə ədalətsizlik olar? Bir dəfə yoxlama təşkil olunsa, hər şey ortaya çıxacaq. Etiraz edənə töhmət yazır, səsini çıxardanı hərbi hissəyə yönəldir.

“Tik tok” sosial şəbəkəsində də bu həkimin əlindən bezən işçilər var. Orada öz problemlərini yazırlar ki, bəlkə səslərini eşidən olar. Bu insan kimi xoşlamır, kimdən narazıdırsa, onu incidir, 13-cü maaşını kəsir, şiddətli töhmət verir və yaxud da hərbi hissəyə göndərir.

Bir çox qadın kimi, hərbi hissəyə getmək istəmirik. İradımızı bildirməyə də qorxuruq. Arxasında duran kimdirsə bu adam heç kəsdən qorxmur. Qadınları çox incidir. Ancaq gərək şəxsiyyətsiz, ləyaqətsiz bir qadın olaq ki, onun dedikləri, etdiyi hərəkətlər bizə təsir etməsin. Elələrimiz var ailə dolandırırıq, “işimizdən olsaq necə olar” deyə düşünürük? Bilirsiz, burda da iş tapmaq mümkün deyil. Xahiş edirəm bizim səsimizi lazımi yerlərə çatdırın. Bu insan evimizə çörək pulu aparmağımıza mane olur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!