Naxçıvanda Perinatal Mərkəz yaradıldı

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda Perinatal Mərkəz yaradıldı

Siyasət

01 İyun 2023 18:54 747


“Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilib.

Yenisabah.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü il 17 may tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilib.

Dəyişikliyə görə “Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi” publik hüquqi şəxsin adı dəyişdirilərək “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” publik hüquqi şəxsi adı ilə əvəz edilib. Eləcə də “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəz” və yeni yaradılan “Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib. pizza

Həmçinin, Nazirlər Kabinetinin eyni tarixli digər bir qərarı ilə “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”nda edilmiş dəyişikliyə əsasən publik hüquqi şəxslər üçün vəsaitlərdən istifadə barədə hesabatlar aylıq, rüblük və ilin əvvəlindən artan yekunla iqtisadi təsnifat üzrə təqdim olunduğu halda, artıq rüblük və illik olaraq təqdim olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!