Naxçıvanda saat formasında kompleks tikilir

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda saat formasında kompleks tikilir

Rəsmi

22 Mart 2019 12:00 1985


Naxçıvan şəhərində "Saat Meydanı" Kompleksi inşa olunur.

“Yeni Sabah” xəbər verir ki,  ümumi sahəsi 10 min kvadratmetr olan kompleks dairəvi formada tikilmiş 2 mərtəbəli binadan, 6 metrlik saat qülləsindən və meydandan ibarətdir. Binanın birinci mərtəbəsində 4 restoran və 1 kafe fəaliyyət göstərəcək, sakinlərə və turistlərə Naxçıvan, eləcə də Türkiyə, Çin, gürcü, yapon, ingilis mətbəxlərinin nümunələri təqdim olunacaq. 

Gənclərin asudə vaxt keçirtmələri üçün hərtərəfli şərait yaradılacaq, 3 kinoteatr istifadəyə veriləcək. Həmçinin, burada geyim və hədiyyə dükanları, uşaq əyləncə bölməsi fəaliyyət göstərəcək.    Pepperoni pizza

Binanın ikinci mərtəbəsində 43 standart, 4 suit və 1 vip olmaqla 48 otaqlı otel yerləşir. Müasir memarlıq üslubunda inşa olunmuş kompleksin meydanında isə konsert səhnəsi və fəvvarə qurulub.

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kompleksdə olub, görülən işlərlə maraqlanıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!