Naxçıvanda snayper kursu başa çatdı

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda snayper kursu başa çatdı

Rəsmi

10 Mart 2019 20:34 1112


Naxçıvan Qarnizonu qoşunlarında növbəti mütəxəssis snayper hazırlığı kursu uğurla başa çatıb.

“Yeni Sabah” xəbər verir ki, mərasimdə məzunlar adından çıxış edən kurs birincisi müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş çavuş Ramin Abdullayev bildirib ki, real döyüş əməliyyatlarına yaxın təşkil edilmiş məşğələlərdə qazandığımız təcrübələr nəticəsində ən çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirməyə hazırıq.

Türkiyə Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu piyada qədəmli baş çavuş Murad Bayraqdar kursda qazanılan nəaliyyətlərdən danışıb. Bildirilib ki, kurs zamanı gecə və gündüz şəraitində snayper tüfənglərindən müxtəlif məsafələrdə yerləşən hədəflərə ən çətin atışlar icra edilib. pizza mizza

Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Tehran Mənsimov kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edərək bildirib ki, hər iki qardaş ölkənin hərbi qulluqçularının kurs zamanı keçirilən məşğələlərdə vətənpərvərlik hissləri ilə peşəkarlıq nümayiş etdirməsi hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunun əyani göstəricisidir.

Çıxışların ardından kursu daha yüksək qiymətlərlə birinci, ikinci və üçüncü yerlə başa vuran məzunlara sertifikat döş nişanları və qiymətli hədiyyələr , bütün məzunlara isə sertifikatlar və döş nişanları təqdim edilib.

Kurs birincisi tərəfindən xatirə lövhəsinə buraxılış emblemi vurulub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!