Naxçıvanda tibbi sığorta tətbiq olunur – Talıbovdan fərman

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda tibbi sığorta tətbiq olunur – Talıbovdan fərman

Rəsmi

18 Mart 2019 21:37 1100


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.

“Yeni Sabah” xəbər verir ki, muxtar respublikada tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədilə MR-nın Nazirlər Kabinetinə dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin icbari tibbi sığorta sisteminə inteqrasiyasının təmin olunması, onlarda informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə müvafiq proqram təminatının yaradılması, habelə həmin tibb müəssisələrinin yeni maliyyələşmə mexanizmləri əsasında 2020-ci ildən tam fəaliyyətə başlamasının təmin edilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin nümayəndəsinin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət komissiyanın yaradılmasını təmin etmək tapşırılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!