Naxçıvanda yeni təyinat: Kollektivə təqdim olundu

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda yeni təyinat: Kollektivə təqdim olundu

Rəsmi

14 İyul 2025 20:02 1055


Polkovnik Ələsgər Ələsgərov Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinin müavini təyin edilib.

Yenisabah.az xəbər verir ki, bu vəzifəyə o, Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı Sərəncama əsasən təyin olunub.

Muxtar Respublikada Prezidentin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli polkovnik Ələsgər Ələsgərovu Naxçıvan Muxtar Respublikasının FHN-nin kollektivinə təqdim edib. Sezar pizza

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-mayor Şahin Mirzəyev qeyd edib ki, nazirliyin kollektivi bundan sonra da qarşıya qoyulan vəzifələrin ardıcıl icrasını, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini uğurla yerinə yetirəcək.

Ələsgərov Ələsgər yeni vəzifəyə təyin olunmazdan öncə Azərbaycan Respublikası FHN-in Mülki müdafiə işinin təşkili Baş İdarəsinin mülki müdafiə tədbirlərinin təşkili idarəsinin rəisi vəzifəsində çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!