Naxçıvanda yenilik: Gömrükdə saxlanılan mallar əsgərlərə verildi

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda yenilik: Gömrükdə saxlanılan mallar əsgərlərə verildi

İqtisadiyyat

07 May 2019 17:47 2076


Naxçıvanda gömrük qanunvericiliyinin tələblərinin pozulması ilə gətirilməsinə cəhd göstərilən və müvafiq müşayiətedici sənədləri olmadığından saxlanılan mallar aidiyyatı qurumlara təhvil verilib.

“Yeni Sabah” xəbər verir ki, “Naxçıvan” Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının nümayəndələrindən ibarət birgə komissiya gömrük orqanları tərəfindən saxlanılmış mallara baxış keçirib. 

Gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı mübarizə tədbirləri çərçivəsində saxlanılmış 1600 kq yuyucu toz, 400 kq ərp əlehinə təmizləyici, 140 kq əl sabunu və ümumi çəkisi 100 kq olan digər təmizlik vasitələri, o cümlədən 150 litr zeytun yağı aktlaşdırılaraq Əlahiddə Ümumqoşun Ordusuna təhvil verilib. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına təhvil verilən mallar isə 1100 kq yuyucu toz, 280 kq ərp əlehinə təmizləyici, 80 kq əl sabunu və ümumi çəkisi 75 kq olan digər təmizlik vasitələri, həmçinin 100 litr zeytun yağından  ibarət olub. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!