Naxçıvandakı DSK niyə ləğv olunur? – Sədr açıqlama verdi

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvandakı DSK niyə ləğv olunur? – Sədr açıqlama verdi

Siyasət

10 Avqust 2023 10:27 5018


Xəbər verdiyimi kimi, deputat Səttar Möhbalıyevin seçildiyi Naxçıvandakı 3 saylı Babək-Kəngərli-Naxçıvan Dairə Seçki Komissiyasının ləğv olunacağına dair məlumatlar yayılıb. 

Məsələ ilə bağlı Yenisabah.az-ın əməkdaşı sözügedən DSK ilə əlaqə saxlayıb.

DSK sədri Şəmil Əliyev bildirib ki, Dairə Seçki Komissiyasının ləğvi ilə bağlı iddialar səslənsə də, bu haqda rəsmi qərar yoxdur: Toyuqlu pizza

“DSK-nın ləğvi haqda rəsmi qərar verilməyib. Özüm başda olmaqla hamımız bir nəfər kimi işimizdəyik. Əlavə məlumat veriləndə deyiləcək. Bağlanmaqla bağlı qeyri-rəsmi deyilir, amma hansı dairələr ləğv olunacaq, dəqiq bilinmir”.

Xatırladaq ki, hazırda Naxçıvan Muxtar Respublikasının ərazisində cəmi 7 DSK fəaliyyət göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!