Naxçıvanın deputatının hadisələrdən xəbəri yoxdur? – “Nə var ki?”

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanın deputatının hadisələrdən xəbəri yoxdur? – “Nə var ki?”

Siyasət

29 Noyabr 2022 11:17 5885


“Mənim Naxçıvanda baş verən hər hansı hadisə haqqında məlumatım yoxdur. Mən də sizin kimi bəzi xəbərləri mətbuatdan oxuyuram. Ona görə də bilmədiyim şey haqqında danışmaq istəmirəm”.

Bunu Gununsesi.info-ya açıqlamasında Naxçıvandan olan deputat Eldar İbrahimov Muxtar Respublikanın gömrük orqanlarında keçirilın anti-korrupsiya əməliyyatlarına dair suala cavabında deyib.

“Bəs, bölgənin deputatı kimi nə üçün maraqlanmırsınız” sualına isə deputat belə cavab verib: “Xəbərlər yayılır, eşidirik. Maraqlanmalı nə var ki?” pizza mizza

"Yeni Sabah" xatırladır ki, E. İbrahimov 4 saylı Naxçıvan şəhər seçki dairəsindən deputat seçilib. Yəni düz Naxçıvanın mərkəzi hissəsinin Milli Məclisdə təmsilçisidir. Lakin öz ərazisində baş verən hadisələr haqda yalnız mətbuat vasitəsi ilə xəbər tutduğunu bildirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!