Naxçıvanın işdən çıxarılan prokuroru həbs olunub? -   YENİLƏNİB

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanın işdən çıxarılan prokuroru həbs olunub? - YENİLƏNİB

Hadisə

02 Fevral 2023 11:14 5188


Bir neçə gün əvvəl işdən azad edilmiş Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Zəhmət oğlu Şahverdiyev həbs olunub.

Bakupost.az xəbər verir ki, o, işdən çıxarılan kimi, qandallanaraq Bakıya gətirilib.

Sabiq prokurorun hansı orqan tərəfindən saxlanıldığı, barədə məlumat verilmir. pizza sifarişi

Qeyd edək ki, Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsindən azad edilməsi ilə bağlı Sərəncamı yanvarın 31-də imzalayıb.

***

Xəbəri Baş Prokurorluğun Mətbuat xidməti təkzib edib. Açıqlamada bildirilir: 

Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru Səbuhi Şahverdiyevin guya həbs olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır.  Qeyd edilən məlumatlar tərəfimizdən təkzib edilir.

Müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılmasının qanunvericiliklə qadağan olması bir daha media qurumları və sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!