Naxçıvanın muxtar statusu ləğv edilir? - Yeni qərar müzakirə yaratdı

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanın muxtar statusu ləğv edilir? - Yeni qərar müzakirə yaratdı

Siyasət

01 Noyabr 2022 20:20 9706


“Naxçıxanın Muxtar Respublika statusunun ləğvinə hazırlıq sürətlənir, doğru yanaşmadır”.

Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

“Belə başa düşürəm ki, Naxçıvanın Muxtar Respublika statusunun ləğvinə hazırlıq sürətlənir, doğru yanaşmadır. Unitar ölkə olan Azərbaycanda heç bir ərazinin özəl statusuna ehtiyac yoxdur. Amma bu addımın illərdir dediyimiz hüquqi bazası, Konstitutsiya islahatları tərəfi mütləq olmalıdır. Yeni Konstitutsiyada bir çox məsələlərlə yanaşı, ölkənin inzibati-ərazi bölgüsü də dəyişdirilməli, yaradılmış 14 iqtisadi rayon, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan da daxil olmaqla inzibati-ərazi vahidinə çevrilməli, yerli özünüidarəetmə gücləndirilməli, Böyük Şəhər Bələdiyyələri və seçkili mer institutu təsis edilməlidir. pizza sifarişi

Bu, həm də Xankəndində yaşayan erməni əsilli azərbaycanlıların ölkəyə siyasi-iqtisadi və inzibati-sosial inteqrasiyasını da sürətləndirəcək amil olacaq”, - ekspert bildirib.

Natiq Cəfərli hesab edir ki, bununla həm də idarəetmənin təkmilləşdirilməsinə start verilmiş olacaq.

Qeyd edək ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ləğv edilib. Əvəzində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi yaradılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!