Nazarbayev ölkənin ilk Smart şəhərində

saytların hazırlanması

Evə çatdırılma

Nazarbayev ölkənin ilk Smart şəhərində

Dünya

19 Yanvar 2019 17:20 1415


 

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Akmola vilayətində Aqkol Smart Şəhər ilə tanış olub.

Smart Şəhərdə rəqəmsal texnologiya sahəsində müasir inkişaf işləri həyata keçirilib. Bu pilot layihə yol hərəkəti və ictimai təhlükəsizliyin, sosial obyektlərdə, təhsil və səhiyyə ocaqlarında idarəetmənin, eləcə də yaşayış binalarının yeni nəslin "ağıllı" avadanlıqlarla təmin edilməsinə yönəlib. Dominos pizza

Qazaxıstan prezidenti tanışlıq zamanı rəqəmsallaşdırma sahəsində həyata keçirilən layihələrin əsasən həyat keyfiyyətinin yaxşılaşdırılmasına, vətəndaşların rahatlığının və təhlükəsizliyinin təmin olunmasına yönəldiyini diqqətə çəkib.

Aqkol Qazaxıstanda bütün kommunal xidmətləri rəqəmsallaşdırılılan ilk şəhərdir. "Smart Aqkol" layihəsi "Rəqəmsal Qazaxıstan" dövlət proqramı çərçivəsində həyata keçirilir. Paytaxtdan 100 kilometr məsafədə yerləşən və 15 min əhalisi olan Aqkol Qazaxıstanda ilk tam rəqəmsal yaşayış məkanı olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!