Nazarbayev Polad Bülbüloğluna təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

Nazarbayev Polad Bülbüloğluna təşəkkür etdi

Siyasət

10 Sentyabr 2019 20:21 998


Qazaxıstan Respublikasının Birinci Prezidenti-Elbası Nursultan Nazarbayev Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğluna məktub ünvanlayıb.

“Yeni Sabah” xəbər verir ki, səfirlikdən "Report"un Rusiya bürosuna verilən məlumata görə, məktubda deyilir:

“Hörmətli Polad Bülbüloğlu, Dominos pizza

Ünvanıma göndərdiyiniz isti məktub və xoş arzulara görə sizə təşəkkür edirəm.

Sizin yaradıcı əməyinizi, səmərəli ictimai və dövlət fəaliyyətinizi, Qazaxıstan ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinə verdiyiniz böyük şəxsi töhfənizi yüksək qiymətləndirirəm. Əminəm ki, sizin zəngin həyat və peşəkar təcrübəniz bundan sonra da bizim qardaş xalqlarımız arasında çoxtərəfli əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcək.

Fürsətdən istifadə edərək, sizə möhkəm can sağlığı, əmin-amanlıq və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!