Nazarbayev qazax xalqına çağırış etdi

saytların hazırlanması

Evə çatdırılma

Nazarbayev qazax xalqına çağırış etdi

Siyasət

08 Yanvar 2022 12:06 1603


Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev hazırda paytaxt Nur-Sultandadır və prezident Kasım-Jomart Tokayevlə daim əlaqədədir.

Yenisabah.az-ın məlumatına görə, bunu N.Nazarbayevin mətbuat katibi Aydos Ukibay bildirib.

"Yalan və spekulyativ məlumatlar yaymamağı xahiş edirik. Nursultan Nazarbayev məşvərət görüşləri keçirir və prezident Kasım-Jomart Tokayevlə daim əlaqədədir. Bundan başqa, N.Nazarbayevin bir sıra ölkə rəhbərləri ilə telefon danışıqları olub", - deyə o bildirib. Sezar pizza

Mətbuat katibi əlavə edib ki, sabiq prezident çətinliklərin öhdəsindən gəlmək üçün hər kəsi K.Tokayevin ətrafında sıx birləşməyə çağırır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!