Nazilə şəhid generalın evinə göndərdiyi kondisionerdən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Nazilə şəhid generalın evinə göndərdiyi kondisionerdən danışdı

Maraqlı

20 İyul 2020 10:16 1091


Şairə Nazilə Səfərli sosial şəbəkədə onu qınayanlara cavab verib.

Yenisabah.az xəbər verir ki, o, şəhid anasına göndərdiyi hədiyyənin geri qayıtmadığını deyib:

"Niyə bir-birimizi incidib reklam tuturuq. Ağlım yerindədir, psixi problemim yoxdur, nə paylaşdığımı bilirəm. Niyə hamınız düşmüsünüz üstümə? Getmişəm bir şəhidin qapısına, gecə ilə. Bunu paylaşmışdım da. Niyə bilib-bilmədən danışırsınız? Gecə getdim, gördüm istidir. Fikirləşdim ki, millət gələcək, isti olmasın. Hədiyyə göndərdim, geri qaytardılar. Özü də geri qaytarmayıb, deyib ki, evdə adam çoxdur, bunu qoymağa yer yoxdur. Həm də evdə kondisioner olub, mən görməmişəm. Anamıza dedim, səndən küsmüşəm, payımı geri çevirdin. O da qayıtdı ki, pay geri çevirmərəm, evdə adamlar çox idi". Marqarita pizza

Qeyd edək ki, şairənin şəhid general Polad Həşimovun anası ilə foto paylaşması, ona kondisioner hədiyyə göndərərək bunu sosial şəbəkədə deməyi birmənalı qarşılanmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!