Nazilə Xoşqədəmə söz atdı - “Camaat iynə vurmağı...”

saytların hazırlanması

Evə çatdırılma

Nazilə Xoşqədəmə söz atdı - “Camaat iynə vurmağı...”

Şou

25 Aprel 2026 09:34 992


Şairə Nazilə Səfərli uzun illərdir küsülü olduğu Xoşqədəm Baxşəliyevaya söz atıb.

“Yeni Sabah” xəbər verir ki, şairə X.Baxşəliyevanın iynə ilə arıqlayanlarla bağlı paylaşdığı videonu sosial media hesabında paylaşaraq yazıb:

“Buna deyin ki, camaat iynə vurmağı səndən öyrənib. 2 kub”.

Xatırladaq ki, aparıcı “İnstagram” hesabında paylaşım edərək qeyri-sağlam üsullarla arıqlamağın əleyhinə olduğunu bildirmişdi. O, həmçinin iynələrlə və dərmanlarla arıqlayan insanlara səslənərək sağlam arıqlama üsullarını təklif etmişdi:

“Məncə, iynə ilə, dərmanlarla arıqlamaqdansa, mənim kimi zəhmət çəkərək, idmanla, ağzınızı bağlamaqla arıqlayın. Yazığım gəlir elə insanlara. Görəsən, hansı xəstəliyi tapacaqlar. Tanıdığım insanlar var ki, bu iynələrin fəsadlarından əziyyət çəkirlər. Sağlam arıqlayın”.

Qeyd edək ki, Xoşqədəm Baxşəliyevanın “Səni axtarıram” verilişində Saməddin adlı şəxslə bağlı baş verən hadisə 2016-cı ildə böyük səs-küyə səbəb olmuşdu. İnternetdə yayılan kadrlarda studiya arxasında həkimin aqressiv olan Saməddin kişiyə “yarım kub iynə vuraq, durmasın” deməsi və onun xərəkdə studiyaya gətirilməsi ciddi müzakirələrə yol açmışdı. 

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!