Nazim İbrahimovun oğlu ilə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Nazim İbrahimovun oğlu ilə bağlı açıqlama

Xalqın səsi

15 Mart 2019 23:49 1681


Tanınmış iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) qardaşı oğlu Elnur İbrahimovun hərbi xidmətdən yayınması barədə yayılan məlumatlara münasibət bildirib. 

İş adamı bu məlumatların tamamilə yalan və böhtan olduğunu deyib: "Qardaşım oğlu Elnur İbrahimovun hərbi xidmətdən guya yayınması barədə yayılan xəbərlər tamamilə yalan və cəfəngiyyatdır. Elnur İbrahimovun hərbi xidmətini necə şərəflə keçməsi yaxşı yadımdadır. Elnur olduqca çətin və şərəfli xidmət aparan hərbi hissədə əsgərlik edib. O, Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi hissələrindən birində xidmət keçib. Kim istəsə, gedib bu faktı dəqiqləşdirə bilər". 

İbrahim Nehrəmli qeyd edib ki, Nazim İbrahimova qarşı aparılan bu cür qarayaxma kampaniyasının əsas məqsədi Bakıda keçirilən VII Qlobal Forumuna kölgə salmaqdır: "Bilirsiniz ki, dünən Bakıda cənab Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VII Qlobal Bakı Forumu işə başlayıb. Bu mötəbər forumda 55 ölkədən 500-dən çox nüfuzlu şəxslər, o cümlədən 5 xarici dövlətin prezidenti, 1 baş naziri, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, çoxsaylı analitiklər, jurnalistlər, gənc liderlər iştirak edirlər. Bu cür mötəbər tədbirin təşkilində şübhəsiz ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi böyük rola malikdir. Hesab edirəm ki, belə bir ərəfədə qardaşım Nazim müəllimə qarşı bəzi yalan və xoşagəlməz xəbərlərin tirajlanması sözügedən forumu gözdən salmağa hesablanıb". Marqarita pizza

Demokrat.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!