Nazir 2 nəfərə yüksək vəzifə verdi

saytların hazırlanması

Evə çatdırılma

Nazir 2 nəfərə yüksək vəzifə verdi

Rəsmi

10 Fevral 2025 17:28 632


Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətində dəyişiklik edilib.

Yenisabah.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bəhruz Əzimov Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Bundan əvvəl Fondun sədr müavini vəzifəsində çalışan B.Əzimov "İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri" ixtisası üzrə bakalavr, "Biznesin təşkili və idarəolunması" ixtisası üzrə magistr təhsili alıb. pizza

Emin Əmrullayevin digər əmri ilə Rüfət Tağı Zadə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub.

O, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın dövlət tənzimlənməsi və Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisasını bitirib. Rüfət Tağı Zadə bundan əvvəl Elm və Təhsil Nazirliyinin Peşə təhsili siyasəti şöbəsinin müdir müavini vəzifəsində çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!