Nazir ABŞ-da Ermənistanın təxribatlarından danışdı 

saytların hazırlanması

Evə çatdırılma

Nazir ABŞ-da Ermənistanın təxribatlarından danışdı 

Siyasət

28 İyun 2023 20:49 741


"Ermənistanın hələ də öz öhdəliklərini yerinə yetirməməsi, silahlı qüvvələrini tam şəkildə Azərbaycan torpaqlarından çıxarmaması, hərbi-siyasi təxribatları davam etdirməsi sülh səylərinə xələl gətirir. 

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın xarici işIər naziri Ceyhun Bayramov ABŞ-a səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşündə deyib. 

Nazir bildirib ki, mövcud çətinlik və çağırışlara baxmayaraq, Azərbaycan normallaşma və sülh gündəliyini irəli aparmaq əzmində və niyyətindədir.  Dördpendirli pizza

Görüşdə Ermənistanın Azərbaycanın daxili məsələsi olan Qarabağ bölgəsinin erməni əsilli sakinlərinin cəmiyyətimizə reinteqrasiyası istiqamətində görülən işlərə müdaxiləsinin qəbuledilməzliyi vurğulanıb. Bu istiqamətdə, Ermənistan tərəfindən Laçın dövlət sərhədindən buraxılış məntəqəsinə qarşı törədilmiş təxribatın Azərbaycanın reinteqrasiya səylərini, o cümlədən erməni sakinlərinin sözügedən məntəqə vasitəsilə şəffaf və sərbəst hərəkətini həzm edə bilməməsinin göstəricisi olduğu qeyd edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!