“Yeni təyin edilmiş kənd təsərrüfatı naziri İnam Kərimov kifayət qədər savadlı insandır, bundan öncə ASAN Xidmətin uğurlu olmasında da böyük rolu olub. Nazir təyin edildikdən sonra da maraqlı işlər görüb, ən azından bizim illərdir vurğuladığımız dotasiyaların verilməsi məsələsində irəli addımlar atıb. Amma görünən odur ki, nazir-məmur kreslosu savadlı insanlara da mənfi təsir edir”.
“Yeni Sabah” xəbər verir ki, bunu istisadçı Natiq Cəfərli yazıb. O, bildirib ki, nazir açıqlamalarında siyasi konyuktura uyğun, bəzən çox məntiqsiz, doğru olmayan fikirlər səsləndirir. “İnam müəllim deyib ki, kənd təsərrüfatı məhsulunun ümumi həcmi 2018-ci ildə əvvəlki illə müqayisədə 4,6 faiz artıb, ət və süd məhsulları ilə özünü təminetmə 90 faizə çatıb” deyən iqtisadçı statistikaya istinad edərək bildirir ki, 2017-ci ildə 40 101.81 ton ət idxal olunub, dəyəri 63 128,12 mln. dollar olub. Həmin ildə 8 872.91 ton süd idxal edilib, dəyəri 14 344,20 mln. dollar olub: “Ötən 2018-ci ildə ət idxalı artıb, 47 399.29 ton olub, dəyəri də 70 075,00 mln. dollar təşkil edib. Süd idxalında da artım var – ölkəyə 9 511.43 ton süd gətirilib, dəyəri 12 652,50 mln. dollar olub. Yəni rəsmi rəqəmlər özü sübut edir ki, ət və süd idxalı artıb.
Nazirin bir cümləsi isə məntiqi zorlayır, hörmətli İnam müəllim deyib ki, bütün növ tərəvəz və meyvə üzrə ölkənin özünü təmin etməsi 100 faizdən çox olub. Dominos pizza
Məntiq deyir ki, əgər ehtiyacımızı tam ödəyiriksə, bu elə 100% deməkdir, yox əgər hörmətli nazir ixracatı nəzərdə tutursa, o zaman cümlə başqa cür qurulmalı idi, yəni deməli idi ki, özümüz-özümüzü meyvə-tərəvəzlə tam təmin edirik, artıq qalanı isə ixrac edirik. Amma bu zaman da “koqnitiv dissonans” yaranır. Vətəndaş görür ki, marketlərdə, bazarlarda çoxlu həcmdə xaricdən gətirilən meyvə-tərəvəz var, yeri gəlmişkən elə 2018-ci ildə xaricdən ölkə 164 59,01 mln. dollarlıq 303 022.48 ton meyvə-tərəvəz idxal olunub”.
Telegram kanalımız