Füzuli Dövlət Dram Teatrına rəhbərlik bu şəxsə tapşırıldı

saytların hazırlanması

Evə çatdırılma

Füzuli Dövlət Dram Teatrına rəhbərlik bu şəxsə tapşırıldı

Mədəniyyət

23 Aprel 2026 12:05 1436


Füzuli Dövlət Dram Teatrına yeni direktor əvəzi təyin olunub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, teatra rəhbərlik direktor müavini Azər Abbasov həvalə edilib. pizza mizza

Qeyd edək ki, o, 1985-ci il aprelin 23-də Füzuli şəhərində anadan olub. 2008-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsini bitirib.

2016-ci ildən etibarən Füzuli Dövlət Dram Teatrında fəaliyyət göstərir.

Xatırladaq ki, Füzuli Dövlət Dram Teatrının direktoru Vaqif Vəliyev ötən ilin noyabrında vəfat edib.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!