Nazir: Azərbaycan  2026-cı ildə də mina xəritələrini israrla tələb edəcək

saytların hazırlanması

Evə çatdırılma

Nazir: Azərbaycan 2026-cı ildə də mina xəritələrini israrla tələb edəcək

Siyasət

26 Dekabr 2025 17:24 560


Azərbaycan işğaldan azad olunmuş ərazilərdəki minaların xəritəsini Ermənistandan 2026-cı ildə də israrla tələb edəcək.

"Yeni Sabah" xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında söyləyib.

"Ermənistan iddia edir ki, onların əlində mina xəritəsi yoxdur, hamısını veriblər. Bu səbəbdən də minalarla bağlı vəziyyət kifayət qədər mürəkkəbdir. Belə ki, bir sıra ərazilərdə minalar 2021-2023-cü illər ərzində basdırılıb. Həmçinin ərazilərimizdə 2020-ci ildən sonra ümumilikdə yüz minlərlə mina basdırılıb. Bu minaların tam təhlükəsiz şəkildə çıxarılması qısa müddətdə mümkün görünmür və uzunmüddətli, planlı əməliyyatlar tələb edir”, - deyə Azərbaycanın xarici işlər naziri vurğulayıb. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!