Nazir çinlilərlə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Nazir çinlilərlə görüşdü

İqtisadiyyat

06 Aprel 2019 22:15 965


İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi yanında Xarici Siyasət üzrə Məşvərət Qrupunun üzvü Cou Syaopeyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

“Yeni Sabah” xəbər verir ki, görüşdə Ş. Mustafayev diqqətə çatdırıb ki, Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətləri ölkələrimiz arasında arasında qarşılıqlı əlaqələrin inkişafı üçün əlverişli zəmin yaradır.

Şahin Mustafayev qeyd edib ki, Azərbaycan Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,3 mlrd. ABŞ dollarından çox olub, bu isə Çinin Cənubi Qafqaz ölkələri ilə olan ümumi ticarət dövriyyəsinin 43%-ni təşkil edir.  pizza hut

Azərbaycanda 120-dək Çin kapitallı şirkət qeydiyyata alınıb. Ötən dövr ərzində Azərbaycan tərəfindən Çinə 1,7 milyard ABŞ dolları, Çindən isə Azərbaycana 800 milyon ABŞ dollarından artıq investisiya yatırılıb. Ölkəmizdə dövlət vəsaiti hesabına icra edilən 600 milyon ABŞ dolları dəyərində layihələrdə Çin şirkətləri iştirak edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!