Nazir direktoru işdən çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Nazir direktoru işdən çıxardı

Sosial

03 Fevral 2026 15:44 2177


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində İnşaat Kollecinin direktoru vəzifəsindən azad olunub.

“Yeni Sabah” Qaynarinfo-ya istinadla xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Ağamaliyev Namiq Çərkəz oğlu "İnşaat Kolleci" Publik Hüquqi Şəxsin direktoru vəzifəsindən azad edilib. Uzun illərdir direktor vəzifəsində çalışan Namiq Ağamaliyevin əmək müqaviləsi bitib və müddətu uzadılmayıb.

Digər əmrlə Sevda Həsənova İnşaat Kollecinin direktoru təyin olunub. Dördpendirli pizza

Qeyd edək ki, ötən ilin aprel ayında Sevda Həsənova İnşaat Kollecinin direktor müavini təyin edilmişdi. O, müxtəlif illərdə Bakı Sənaye Pedaqoji Kolleci, Azərbaycan Dövlət Pedaqoji Kolleci və digər kolleclərdə əmək fəaliyyəti ilə məşğul olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!