Bu gün Ədliyyə Nazirliyinin geniş kollegiya iclası keçirilib.
“Yeni Sabah” xəbər verir ki, iclasda prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına dair iclasında verdiyi tapşırıqlardan, həmçinin dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsinə dair 17.01.2019-cu il tarixli Fərmanından və digər göstərişlərindən irəli gələn ədliyyə orqanlarının vəzifələri müzakirə olunub.
Nazir Fikrət Məmmədov bildirib ki, aparılan genişmiqyaslı islahatlara uyğun olaraq dövlət orqanlarının fəaliyyətinin müasirləşdirilməsi, büdcə vəsaitlərinə qənaət edilməklə idarəetmənin təmin edilməsi üzrə ardıcıl tədbirlər görülür. Azərbaycan ədliyyəsi də islahatlar aparılmaqla təkmilləşir, vətəndaşlara daha operativ, rahat və şəffaf xidmətlərin göstərilməsi, əlçatanlığın asanlaşdırılması məqsədilə müasir texnologiyaların və innovasiyaların tətbiqi genişləndirilir. pizza sifarişi
İclasda görülmüş işlərlə yanaşı, ədliyyə fəaliyyətində mövcud nöqsan və çatışmazlıqlar müzakirə edilib, işin dövlət başçısının tələbləri səviyyəsində müasirləşdirilməsi, innovativ metodlar tətbiq edilməklə səmərəli təşkili, o cümlədən rəqəmsal idarəçiliyin tətbiqi, qanunvericiliyin təkmilləşdirilməsi, strukturun optimallaşdırılması ilə bağlı və digər konkret tapşırıqlar verilib.
Ölkə prezidentinin məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, korrupsiyanın və digər neqativ halların qarşısının alınması, şəffaflığın və dürüstlüyün tam təmin olunması barədə tələbləri xüsusilə diqqətə çatdırılaraq etik davranış qaydalarına dönmədən əməl olunması, vətəndaş məmnunluğunun yüksəldilməsi ilə bağlı və digər konkret göstərişlər verilib.
Telegram kanalımız