Nazir Gülyanaq Məmmədovanı mükafatlandırdı 

saytların hazırlanması

Evə çatdırılma

Nazir Gülyanaq Məmmədovanı mükafatlandırdı 

Mədəniyyət

31 Yanvar 2024 17:36 3003


Xalq artisti Gülyanaq Məmmədova Elm və Təhsil Nazirliyi tərəfindən mükafata layiq görülüb. 

Axşam.az xəbər verir ki, bu haqda Xalq artisti Gülyaz Məmmədova "Bu axşam" verilişində deyib. O bildirib ki, bacısı "qabaqcıl təhsil işçisi" mükafatına layiq görülüb. Müğənni əlavə edib ki, sözügedən mükafatı həmçinin Xalq artisti Teyyub Aslanov, Əməkdar artist Zakir Əliyev də alıb. 

"Nazirimiz Emin Əmrullayev, Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudovaya təşəkkür edirəm. Mükafatı alan sənət dostlarıma sevgimi bildirirəm. Təşəkkür edirəm ki, bizi bu ada, döş nişanına layiq görüblər. Biz də təhsilimizə daha məsuliyyətlə yanaşacağıq və layiqli tələbələr yetişdirəcəyik" deyə, Gülyanaq söyləyib.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!