Nazir italiyalı aktyorla görüşdü

Nazir italiyalı aktyorla görüşdü

Yazar

31 Yanvar 2019 03:19 1021


Mədəniyyət naziri Əbülfəs Qarayev İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalının sədri, italiyalı aktyor Rimo Gironenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.

“Yeni Sabah” xəbər verir ki, nazir iki ölkə arasında mədəniyyət sahəsində əlaqələr və əməkdaşlığın gələcək perspektivlərindən danışaraq, ilk dəfə keçirilən bu festivalın kinematoqrafiya sahəsində əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyini və bu kimi tədbirlərin qarşılıqlı mədəni mübadilə üçün şərait yaratdığını vurğulayıb.

Görüşdə Mədəniyyət Nazirliyi və İtalyanın film istehsalı şirkətləri olan “İmago Group”, “United Cultures” və “Sandro Teti” Nəşriyyat Evinin birgə dəstəyi ilə keçirilən festivalın İtaliya və Azərbaycan kino sənayesinin təbliğ və inkişaf etdirilməsinə xidmət etdiyi qeyd edilib. Həmçinin görüşdə birgə əməkdaşlıq məsələləri müzakirə edildi, ölkələr arasında yeni layihələrin həyata keçirilməsi üzrə fikir mübadiləsi aparıldı və bu əlaqələrin daha dərinləşdirilməsi üçün bir sıra işlərin görülməsi barədə vurğulanıb. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!