Nazir Kəlbəcərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşdü   - Video

saytların hazırlanması

Evə çatdırılma

Nazir Kəlbəcərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşdü - Video

Maraqlı

07 Avqust 2021 10:41 1432


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun şəxsi heyətinin sağlamlığının qorunması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir. 

Bu barədə Yenisabah.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi hissələrdə müasir standartlara cavab verən tibbi infrastrukturun yaradılması istiqamətində müvafiq fəaliyyətlər həyata keçirilir. pizza sifarişi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər rayonu ərazisində əsaslı təmir edilmiş hərbi hospitala baxış keçirib.

Əraziyə baxış zamanı müdafiə nazirinə məruzə edilib ki, müasir tibbi avadanlıqlarla təchiz olunan hospitalda hərbi qulluqçuların müalicəsi üçün hər cür şərait yaradılıb. Qeyd olunub ki, hərbi hospitalda cərrahi-əməliyyat bloku, qəbul-diaqnostika, terapiya, cərrahiyyə, infeksion xəstəliklər, tibbi-təchizat, laboratoriya, anesteziologiya və intensiv terapiya bölmələri, həmçinin yeməkxana zalı, rentgen və stomotoloji kabinetlər mövcuddur.

Sonra nazir Laçın rayonu ərazisində yerləşən müasir avadanlıqlarla təchiz edilmiş hərbi tibb məntəqəsinə gələrək burada yaradılan şəraitlə tanıș olub.

Sonda müdafiə naziri tibb xidmətinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!