İsveçdə yaşayan türk əsilli Emrullah Gülüşken koronavirus infeksiyasına yoluxub. Gülüşken həm də xroniki ürək xəstəliyindən əziyyət çəkdiyi üçün onun vəziyyəti ağırdır.
Yenisabah.az xəbər verir ki, tibb müəssisələrində boş yer olmadığı üçün xəstəni evə göndəriblər.
Emrullah Gülüşkenin qızı Leyla Gülüşken atasının ev şəraitində müalicə oluna bilməyəcəyini sosial şəbəkə hesabında duyurandan sonra Türkiyə hökuməti hərəkətə keçib. pizza mizza
Türkiyənin Səhiyyə naziri Fahrettin Koca özünün Tvitter hesabında Leylaya müraciət edib: “Sevgili Leyla, səsini duyduq. Bu ağır dövrdə atanın bizdən uzaqda qalmasına çox üzüldük. Atanın arxasınca təyyarə göndəririk. Xəstəxanada atan üçün yer ayırmışıq. Həkimlər də hazır vəziyyətdə xəstənin yolunu gözləyirlər”.
Qeyd edək ki, İsveçdə yaşayan xəstəni vətənə gətirmək üçün Türkiyə saatı ilə bu gün 06:00-da təyyarə havaya qalxıb.
Telegram kanalımız