Nazir Mersi Tembonla görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Nazir Mersi Tembonla görüşdü

İqtisadiyyat

22 Fevral 2019 14:51 983


İqtisadiyyat naziri Şahin Mustafayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Yeni Sabah”ın məlumatına görə, görüşdə qeyd olunub ki, Azərbaycan Dünya Bankı ilə əməkdaşlığa böyük önəm verir və Bankın iqtisadiyyatın şaxələndirilməsinə, kiçik və orta sahibkarlığın inkişafına göstərdiyi texniki yardım və maliyyə dəstəyi yüksək qiymətləndirilir. Ümumilikdə, Dünya Bankı ilə birgə 50-dək layihə icra olunub, 7 layihə üzrə işlər davam etdirilir. Dünya Bankının 2016-2020-ci illər üzrə Azərbaycana dair Ölkə Tərəfdaşlıq Çərçivə sənədi ölkəmizdəki sosial-iqtisadi inkişafa töhfə verir. Dünya Bankı ilə bir sıra layihələr, o cümlədən "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi uğurla icra olunub. Şahin Mustafayev Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb və “Doing Business 2019” hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasına daxil edildiyini vurğulayıb.

Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə regional direktoru xanım Mersi Tembon Azərbaycanda aparılan iqtisadi islahatların Dünya Bankı tərəfindən dəstəkləndiyini, ölkə rəhbərliyinin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində əldə olunan nailiyyətlərin yüksək qiymətləndirildiyini və Azərbaycanın digər ölkələr üçün örnək olduğunu qeyd edib. Görüşdə Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə müzakirələr aparılıb. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!