Nazir məşhur polis rəisinin qohumuna yüksək   vəzifə verdi

saytların hazırlanması

Evə çatdırılma

Nazir məşhur polis rəisinin qohumuna yüksək vəzifə verdi

Siyasət

06 Yanvar 2026 11:41 27161


Ədliyyə naziri Fərid Əhmədov məşhur polkovnik Nizami Qocayevin qardaşı oğluna yüksək vəzifə verib.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, nazirin əmri ilə N.Qocayevin qardaşı oğlu Anar Qocayev Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi təyin edilib.

A.Qocayev uzun illərdir adıçəkilən nazirliyin sistemində işləyir. O, əmək fəaliyyətinə “nadzor” kimi başlayıb, sonradan Səbail rayon İcra və probasiya şöbəsinin rəisi olub.  pizza mizza

Qeyd edək ki, Anar Qocayevin atası Eldar Qocayev Azərbaycanın Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Texniki Universitetinin mühəndis fizikası və elektronika kafedrasının müdiri, professor olub.

Nizami Qocayev Azərbaycan daxili işlər orqanlarının məşhur zabitlərindən olub. O, Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin rəisi postunda çalışıb. 1999-cu ildə bir sıra ağır cinayətlərdə ittiham olunaraq, həbs edilib. Məhkəmə tərəfindən ona verilən cəzanın bir hissəsini çəkdikdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunub.

Bəraət aldıqdan sonra isə yenidən daxili işlər orqanlarına qayıdıb. Daha sonra İsmayıllı Rayon Polis Şöbəsinin rəisi və Gəncə şəhər Məhkəmə Qərarları İcrası Baş İdarəsinin rəisi vəzifələrində çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • İlkin
    Bu gunde Nizami Qocayevin xetri İsmayilli rayonunda isdenilir yaxsi insan idi 2009 cu iller bakida telebe idik herden gedib sadliq sarayında isleyirdik esdik ki Nizami qocayev toydadi getdik gorusduk sorusdu telebesiz ne cetinliyiniz var dedik sag olun her sey yaxsidi 2 nefer idik hermize 50 azn vermisdi
    4 months ago