Nazir Elmar Məmmədyarov Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəadə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib.
"Yeni Sabah" xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlıq gündəliyinin bir-sıra məsələləri, o cümlədən iqtisadi, ticarət, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də çoxtərəfli formatlarda uğurlu əməkdaşlığın davam etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
Səfir M.Boçarnikov öz rəhbərliyinin tapşırığına əsasən, Nazir Elmar Məmmədyarovu cari ilin 5 aprel tarixində Moskvada keçirilməsi planlaşdırılan MDB üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının növbəti iclasına dəvət etdi. Dominos pizza
Söhbət əsnasında tərəflər həmçinin, bölgədə və dünyada cərəyan edən proseslər və qarşılıqlı olaraq maraq kəsb edən digər məsələlərə dair fikir mübadiləsi apardı.
Telegram kanalımız