Nazir müavini Alim Qasımovun doğum gününü təbrik etdi  

saytların hazırlanması

Evə çatdırılma

Nazir müavini Alim Qasımovun doğum gününü təbrik etdi  

Mədəniyyət

14 Avqust 2020 15:39 769


Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifəsini icra edən Anar Kərimov milli musiqi sənətimizin görkəmli nümayəndəsi, ustad xanəndə, Xalq artisti Alim Qasımovu ad günü münasibətilə təbrik edib.

Yenisabah.az xəbər verir ki, təbrikdə sənətkarın Azərbaycan mədəniyyətinə, muğam sənətimizin yaşadılması, təbliği və dünyada tanıdılmasına böyük töhfələr verdiyi vurğulanıb.

Qeyd olunub ki, Alim Qasımov 40 ilə yaxındır Azərbaycan muğam ifaçılığının ən parlaq simalarından biri kimi ölkəmizdə və onun hüdudlarından uzaqlarda tanınır və sevilir. Alim Qasımovun səsi ilə milli muğam sənətimiz dünyanın mötəbər konsert salonlarında, UNESCO-da yüksək səviyyədə təqdim olunub və rəğbətlə qarşılanıb. Beynəlxalq festival və müsabiqələrin qalibi olan sənətkar UNESCO-nun Musiqi mükafatına, müxtəlif ölkələrin təltiflərinə, həmçinin Azərbaycan Respublikasının Dövlət mükafatına, “Şöhrət” və “Şərəf” ordenlərinə, Heydər Əliyev Fondunun “Qızıl Çinar” Beynəlxalq mükafatına layiq görülüb. Marqarita pizza

Anar Kərimov Alim Qasımova ən xoş arzularını bildirib, ona möhkəm cansağlığı, yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!