Nazir müavini: “Azərbaycan və Rusiya arasında əməkdaşlıq sabit inkişaf edir”

saytların hazırlanması

Evə çatdırılma

Nazir müavini: “Azərbaycan və Rusiya arasında əməkdaşlıq sabit inkişaf edir”

Siyasət

21 Fevral 2022 12:42 507


“Pandemiyaya baxmayaraq, Azərbaycan və Rusiya arasında ticari-iqtisadi əməkdaşlıq sabit inkişaf edir".

"Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən Azərbaycan-Udmurtiya biznes forumunda deyib.

O bildirib ki, bu tədbir sayəsində Udmurtiyanın biznes imkanları haqqında müəyyən təsəvvür yarandı. Onun sözlərinə görə, B2B görüşləri əməkdaşlıq imkanlarını daha da gücləndirəcək. pizza hut

“Azərbaycan və Rusiya arasında əməkdaşlıq sabit inkişaf edir. Bununla belə, daha böyük inkişaf üçün potensial mövcuddur”, - N.Səfərov vurğulayıb.

O, həmçinin biznes forumun gedişində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işləri və bu ərazilərin iqtisadi potensialı haqqında məlumat təqdim edildiyini söyləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!