Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzin İrəvanda xarici işlər nazirinin müavinləri ilə məsləhətləşmələr aparıb.
Yenisabah.az “Sputnik International”a istinadla xəbər verir ki, o, nazir Ararat Mirzoyanla da təkbətək söhbət edib.
Tərəflər bölgədəki mövcud vəziyyət, Qarabağda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti zonasında yaranan yeni siyasi reallıqlara dair müzakirələr aparıb. pizza hut
Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-ci il 9 noyabr, 11 yanvar 2021-ci il, 26 noyabr və 31 oktyabr 2022-ci il tarixli razılaşmalarına əsasən, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üçün səylərin bütün vasitələrlə aktivləşdirilməsi vurğulanıb.
Telegram kanalımız