Nazir müavini Rasim Balayevin vəfat etdiyi xəstəxanaya getdi

saytların hazırlanması

Evə çatdırılma

Nazir müavini Rasim Balayevin vəfat etdiyi xəstəxanaya getdi

Mədəniyyət

29 Mart 2026 23:23 813


Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov Xalq artisti Rasim Balayevin İstanbulda dünyasını dəyişdiyi xəstəxananı ziyarət edib, sənətkarın ailə üzvləri ilə görüşüb.

"Yeni Sabah" Azərtac-a istinadən xəbər verir ki, Murad Hüseynov Rasim Balayevin vəfatının Azərbaycan mədəniyyəti üçün böyük itki olduğunu bildirib. 

“Rasim Balayev yaratdığı obrazlarla hər birimizin qəlbində dərin izlər qoyan böyük sənətkar idi. Bu gün burada dahi sənətkarımızın ailə üzvləri ilə görüşdük, nazirimizin başsağlığını çatdırdıq. Xalq artistimizin cənazəsinin Azərbaycana aparılması üçün dövlətimiz tərəfindən bütün tədbirlər görülüb. Azərbaycanın İstanbuldakı baş konsulluğunun, Türkiyədəki səfirliyimizin koordinasiyası ilə bu işlər davam edir. Rasim Balayevin cənazəsinin bu gün axşam reysi ilə Vətənə göndərilməsi nəzərdə tutulur”, - o deyib. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!